ADU-da Çin Yeni ili festivalı - FOTOLAR

11:22 - 24 Yanvar 2023

ADU-da Çin Yeni ili festivalı - FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun təşkilatçılığı ilə Bahar Yeni İl Festivalı çərçivəsində “Böyük Çin Səddi” kulinariya mərkəzində “Biz Çin Yeni ilini qeyd edirik” adlı bayram konserti keçirilib. Çin və Azərbaycan ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edən Çinin “Böyük Çin Səddi” kulinariya mərkəzinin nümayəndəsi Ye Xueqin qonaqları bahar bayramı münasibətilə təbrik edib, bugünkü bayram konsertinin Azərbaycan və Çin xalqları arasında möhkəm dostluğun sübutu olduğunu qeyd edib.  Tədbir qızıl əjdəhanın parlaq və şən rəqsi ilə başlayıb.

 

Manset.az xəbər verir ki, ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri, Azərbaycanda təhsil alan çinli tələbələr rəngarəng konsert proqramı ilə çıxış ediblər. Ölkənin müxtəlif əyalətlərinə məxsus olan Çin xalq romantik mahnıları, Pekin Operasının əsərlərindən parçalar səsləndirilib, Çin klassik rəqsləri ifa olunub. Pekin vaxtı ilə Yeni ilin başlanması ərəfəsində keçirilən atəşfəşanlıq altında 2023-cü ilin simvolu olan dovşan qiyafəsində şən çıxış təqdim edilib.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Yeni il ay təqviminə görə sabitlik və əmin-amanlığı təcəssüm etdirən, ailə bağlarını möhkəmləndirən dovşan ilidir. R.Abbasov qədim tarixə və zəngin mədəni məzmuna malik ənənəvi Çin bayramlarının keçirilməsinin ADU-nun Konfutsi İnstitutunun fəaliyyətinin mühüm tərkib hissəsi olduğunu deyib.



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin