Timoşenko istefa ərizəsi yazdığını təsdiqlədi - FOTO

11:03 - 24 Yanvar 2023

Timoşenko istefa ərizəsi yazdığını təsdiqlədi - FOTO

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko tutduğu vəzifədən getdiyini təsdiqləyib və bununla bağlı bəyanat yayıb.

 

Manset.az xəbər verir ki, bu barədə o, “Telegram” hesabında qeyd edib.

“Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimadına və hər gün, hər dəqiqə yaxşı işlər görmək imkanı yaratdığına görə təşəkkür edirəm.

Rayon hərbi idarələrinin hər bir rəhbərinə təşəkkürlərimi bildirirəm. Biz sizinlə ölkədə güclü komanda qura bildik”, - deyə o bildirib.

Timoşenko həmçinin “mübahisələrdə konstruktiv olduqlarına görə” şəhər merlərinə, özünün komandasına, etimadına görə ukraynalılara, ölkəni qoruduğuna görə Ukrayna Silahlı Qüvvələrinə, eləcə də anlayış və dəstəyə görə ailəsinə təşəkkür edib.

Məmur hətta istefa məktubunun əlyazma versiyasını da göstərib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin