Serbiyada dünyanın ən böyük qızıl yataqlarından biri tapıldı

10:45 - 24 Yanvar 2023

Serbiyada dünyanın ən böyük qızıl yataqlarından biri tapıldı

Serbiyada ehtiyatlarına görə dünyanın ən böyük 100-lüyünə daxil ola biləcək qızıl yatağı aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

“Biz Jaqubitsadan qat-qat çox qızılı olan başqa bir yer tapdıq”, - deyə o bildirib.

Bundan əvvəl ölkənin dağ-mədən və energetika naziri Dubravka Djedovic-Neqre Serbiyanın Jaqubitsa bələdiyyəsində böyük qızıl yatağının aşkar edildiyini bildirmişdi. O vurğulayıb ki, bu, “bütün ölkənin iqtisadiyyatı, xüsusən Şərqi Serbiya üçün böyük əhəmiyyət kəsb edə bilər”.

Bundan əlavə, Vuçiç Serbiyanın son iki ildə qızıl-valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırdığını bildirib. O qeyd edib ki, ölkə 2020-ci illə müqayisədə təxminən 3 dəfə çox qızıl ehtiyatlarına sahibdir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin