<

Zelenskidən məmurlara səyahət qadağası - VİDEO

10:31 - 24 Yanvar 2023

Zelenskidən məmurlara səyahət qadağası - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın dövlət qulluqçularına və xalq deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getməyi qadağan edib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkə başçısı teleqramda yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

"Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının prinsipial qərarı var. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara, həmçinin dövlət üçün və dövlətdə işləməli olanların hamısına aiddir", - Zelenski bildirib.

Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər.

Həmçinin Ukrayna prezidenti rus din xadimlərinə qarşı sanksiyalar tətbiq edib. O, Kremlin terror və soyqırım siyasətini dəstəkləyən 22 rusiyalıya qarşı sanksiya tətbiq edilməsi barədə qərarını icra edib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin