Qazaxda minik maşını aşdı: Xəsarət alanlar var

09:35 - 24 Yanvar 2023

Qazaxda minik maşını aşdı: Xəsarət alanlar var

Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Bu zaman aşan minik maşını yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Mikayıl Aslanov və 1998-ci il təvəllüdlü Fərhad Nəsibova dəyib.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin