<

Nazarbayev xəstəxanadan evə buraxıldı

09:33 - 24 Yanvar 2023

Nazarbayev xəstəxanadan evə buraxıldı

Həkimlər Qazaxıstanın 82 yaşlı ilk Prezidenti Nursultan Nazarbayevi Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzindən planlı ürək əməliyyatından sonra evə buraxıblar.

 

Manset.az xəbər verir ki, bu barədə tibb müəssisəsindən məlumat verilib.

Bildirilib ki, o, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb.

Xatırladaq ki, Nazarbayev yanvarın 20-də əməliyyat olunub.

Siyasətçi 1991-ci ildən dövlət başçısı vəzifəsini icra edib. 2019-cu ilin martında o, öz istəyi ilə istefaya getməsi haqqında fərman imzalayıb. Nazarbayevdən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin