ABŞ - dən növbəti SANKSİYALAR

08:55 - 24 Yanvar 2023

ABŞ - dən növbəti SANKSİYALAR

ABŞ İrana qarşı şəxsi sanksiyalarını genişləndirib. Vaşinqton daha 10 nəfərə qarşı məhdudiyyətlər tətbiq edib. ABŞ hakimiyyəti bu qərarı İrandakı etirazlarla bağlı vəziyyətlə əlaqələndirib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əməkdaşlıq Fondunun  idarə heyətinin beş üzvü məhdudiyyətlərə məruz qalıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Birləşmiş Ştatlar həmçinin İranın kəşfiyyat və təhlükəsizlik nazirinin müavini və SEPAH-ın dörd yüksək rütbəli komandirinə qarşı da sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson deyib ki, Birləşmiş Ştatlar İran xalqının insan haqları və digər fundamental azadlıqlar tələblərində dəstəklənməsi işinə sadiqdir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin