SON DƏQİQƏ: BŞİH-də əməliyyat keçirildi - Yüksək vəzifəli şəxs həbs edildi

23:33 - 23 Yanvar 2023

SON DƏQİQƏ: BŞİH-də əməliyyat keçirildi - Yüksək vəzifəli şəxs həbs edildi

Bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir.

 

Manset.az xəbər verir ki, bu barədə məlumat yayan Tribunainfo.az saytı bildirir ki, BŞİH-nin tabeli qurumu olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Natiq adlı şəxs və daha 3 nəfər həbs edilib.

Məlumat üçün bildirək ki, son zamanlar mediada Yaşıllaşdırma Təsərrüfat Birliyinin sədri Həsrət Əmrahovun qanunsuz əməlləri barəsində kifayət qədər geniş məlumatlar dərc edilib.

Sayt yazır ki, BŞİH-dən xəbəri təsdiq ediblər və saxlanılan səxsin Yasamal rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Natiq Abbasovun olduğunu bildiribdilər.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin