<

Qar fırtınası 100 mindən çox evi qaranlığa qərq etdi

22:34 - 23 Yanvar 2023

Qar fırtınası 100 mindən çox evi qaranlığa qərq etdi

Polşada qar fırtınasının ardından minlərlə evdə elektrik kəsilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşada həftəsonu yağan güclü qar səbəbindən ölkənin cənub Malopolska bölgəsinə yağan ən güclü qar zamanı 108 min evin işıqsız qaldığı bildirilib.

Ölkənin cənub-şərqində yerləşən Podkarpakye bölgəsində ən güclü qar zamanı 120 mindən çox ev işıqsız qalıb, hakimiyyət orqanlarının gərgin işi nəticəsində 110 min evə elektrik enerjisi bərpa edilib.

Rzeşov, Krosno, Sanok, Ştızov və ətraf qəsəbələrdəki evlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər davam etdirilir.

Manşet.az

 


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin