<

Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını pislədi

21:42 - 23 Yanvar 2023

Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını pislədi

Rəsmi Moskva “Qurani-Kərim”in yandırılmasını qəti şəkildə pisləyir.

 

Manset.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin vicdan azadlığı sahəsində insan hüquqlarının qorunmasına dair xüsusi nümayəndəsi, səfir Gennadi Askaldoviçin Stokholmda “Qurani-Kərim”in yandırılması ilə əlaqədar bəyanatı yayılıb.

Sənəddə qeyd olunur ki, rəsmi Moskva “Qurani-Kərim”in yandırılması kimi yolverilməz və təxribat xarakterli aksiyanı qəti şəkildə pisləyir.

Onun sözlərinə görə, bu, radikalların İslama qarşı hücumudur. “Bu cür cinayətkar əməlləri pisləyir və rədd edirik. Radikallara qarşı tədbirlər görülməsinə çağırırıq”, - deyə bəyanatda bildirilir.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin