<

Polşa ilk addımı atdı... - Rəsmi müraciət edildi

20:02 - 23 Yanvar 2023

Polşa ilk addımı atdı... - Rəsmi müraciət edildi

Qərb dövlətlərinin Leopard 2-ni Almaniya və Ukraynaya göndərmək üçün təzyiqləri davam edir. Almaniyanın xarici işlər naziri Anna Baerbok Polşanın Ukraynaya Leopard 2 tankı göndərməsinə mane olmayacaqlarını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baerbok Polşanın Ukraynaya Leopard 2 tankı göndərməsinə mane olmayacaqlarını bildirməsi ilə bağlı verilən müsbət mesajdan sonra Polşa Almaniyadan rəsmi icazələr almaq üçün hərəkətə keçəcəyini açıqlayıb. Polşanın baş naziri Mateuş Moravietski Poznan şəhərində verdiyi açıqlamada Baerbokun açıqlamalarının ümid qığılcımı olduğunu və ona təzyiq göstərməyin məntiqli olduğunu müdafiə edib. Baerbokun Almaniyanın qarşısına çıxmayacağına işarə etdiyini də əlavə edvurğulayıb:

"Bəlkə də Ukraynaya dəstək üçün ağır, müasir texnika göndərəcəyinə ümid verən fərqli bir mesaj verdi. Almaniyaya rəsmi müraciət edəcəyik. Ancaq bu ikinci dərəcəli məsələdir. Sonda icazə almasaq, quracağımız kiçik koalisiya ilə tanklarımızı Ukraynaya çatdıracağıq. Almaniya bu koalisiyaya daxil olmasa belə digər ölkələrlə birlikdə bunu edəcəyik.

Manşet.az

 


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin