<

Atom elektrik stansiyalarına silahlar yerləşdirilir - Rusiya

18:12 - 23 Yanvar 2023

Atom elektrik stansiyalarına silahlar yerləşdirilir - Rusiya

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Ukrayna ordusunun ölkədəki atom elektrik stansiyalarında Qərbin təchiz etdiyi silahları yerləşdirdiyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Narışkin verdiyi açıqlamada, "Ukrayna Silahlı Qüvvələrinin Qərbin verdiyi silah və sursatları atom elektrik stansiyalarına yerləşdirdiyinə dair etibarlı məlumatlar var. Burada söhbət HIMARS çoxbarrelli reaktiv yaylım atəşi sistemlərindən və xarici hava hücumundan müdafiə sistemləri üçün bahalı və az olan raket və artilleriya sursatlarından gedir" ifadələrini işlədib.

Keçən ilin sonunda Ukraynadakı Rivne Atom Elektrik Stansiyasına xarici sursatların vaqonlarla gətirildiyinə diqqət çəkən Narışkin, gələcəkdə baş verə biləcək hər bir halda Rusiyanın günahlandırılacağını proqnozlaşdırıb.

Narışkin Ukraynanın elektrik stansiyalarına yerləşdirilmiş sursatları partlatmayacağına ümid etdiyini bəyan edib.

Manşet.az

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin