DYP-dən bu görüntülərlə bağlı açıqlama - Video

19:28 - 23 Yanvar 2023

DYP-dən bu görüntülərlə bağlı açıqlama - Video

Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə yayılan və sürücü ilə DYP əməkdaşı arasında gərginliyi əks etdirən görüntülərlə bağlı açıqlama yayıb.

 

Manset.az xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sözügedən “Chevrolet Cruze” markalı 90-OJ-497 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobilinə əlavə avadanlıq quraşdırdığı üçün dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılıb:

“Bu zaman nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılacağı barədə məlumat verilib. Bu səbəbdən sürücü polis əməkdaşınlarına tabesizlik göstərib və özünə xəsarət yetirməyə cəhd edib.

Bu zaman cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.5-ci maddəsi ilə protokol tərtib olunub. Sürücü tərtib edilən protokol üzrə müvafiq cəriməni də ödəyib”.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin