<

Vardanyan BBC-də çətin vəziyyətə düşdü - VİDEO

17:54 - 23 Yanvar 2023

Vardanyan BBC-də çətin vəziyyətə düşdü - VİDEO

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vardanyan proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkib. Vardanyan, hətta ona ünvanlanan suala başqa cavablar verməklə diqqət çəkib.

Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.

Bundan əlavə, aparıcı Azərbaycanın əzəli torpağını “Artsax” adlandıran Rubenyana əslində bölgənin Dağlıq Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb.

R. Vardanyan daha sonra “Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiyanın əlindədirmi?” sualına cavab vermək və Ermənistan barədə danışmaq istəmədiyini bildirib. Bu hal proqramboyu bir neçə dəfə təkrarlanıb.

Daha ətraflı videomaterialda:


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin