<

“AzerGold” QSC-dən saxta reklamlarla bağlı AÇIQLAMA - FOTOLAR

17:23 - 23 Yanvar 2023

“AzerGold” QSC-dən saxta reklamlarla bağlı AÇIQLAMA - FOTOLAR

Son günlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) adından istifadə edilməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

 

Manset.az xəbər verir ki, “AzerGold” QSC-nin əmtəə nişanından istifadə edilməklə müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif “investisiya” layihələrinə dəvətlər edilir.

Diqqətə çatdırırıq ki, dövlət şirkətinə olan etibardan, həmçinin Səhmdar Cəmiyyətin işgüzar nüfuzundan sui-istifadə edilməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir. “AzerGold” QSC-nin fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik.



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin