İçərişəhərə maşınların girişi qadağan edilir: Bəzi küçələr bağlanır - TARİX AÇIQLANDI
25 Oktyabr 2024
09:56 - 25 Avqust 2021
Rusiyadan Azərbaycana gələn ailə avtomobil qəzasına düşüb. Ölənlər və yaralananlar var.
Manset.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Dərbənd şəhəri ərazisində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü - ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.
Sürücünün komada olduğu bildirilir.
Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin