"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti azarkeşə çeynənmiş saqqız hədiyyə edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
63 yaşlı italyalı mütəxəsis "San Mames" stadionunda tribunaların ön sıralarına yaxınlaşaraq azarkeşə saqqız verib.
Xatırladaq ki, ötən gün Madrid "Real"ı La Liqanın 18-ci turunun səfər matçında "Atletik Bilbao"ya 2-0 hesabı ilə qalib gəlib. Qolları Kərim Benzema və Toni Kroos vurub.