<

Keşlədə əl qumbarası və partladıcı tapıldı - VİDEO

11:50 - 23 Yanvar 2023

Keşlədə əl qumbarası və partladıcı tapıldı - VİDEO

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində hərbi sursat aşkar edilib.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın torbaya bükülmüş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin