<

Naxçıvanın yeganə çörək zavodu - FOTOREPORTAJ

11:14 - 23 Yanvar 2023

Naxçıvanın yeganə çörək zavodu - FOTOREPORTAJ

 

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə birbaşa bağının olmaması məlumdur. Bu vəziyyət Naxçıvanın siyasi-strateji əhəmiyyətini artırmaqla yanaşı, sosial-iqtisadi cəhətdən də müəyyən fərqlərin yaranmasına gətirib çıxarır.
 

Manset.az "Nuhçıxan.az"a istinadən xəbər verir ki, xüsusilə də, Naxçıvan əhalinin strateji ərzaq məhsulları ilə təminatı məsələsi daha böyük önəm kəsb edir.

Çörək bol olarsa...

Yüz illərdən bəridir öz aktuallığını qoruyan bu atalar sözümüzü, yəqin ki, eşitməyən yoxdur. Bu həm Azərbaycan xalqının çörəyə verdiyi böyük dəyərin, həm də bu məhsulun strateji önəminin göstəricisidir. Məlumat üçün qeyd edək ki, ölkəmizdə adambaşına düşən illik çörək istehlakının həcmi 130 kiloqrama yaxındır. Bu göstəriciyə görə, Azərbaycan dünyada ilk pillələrdə qərarlaşıb.

İstehlakçıların çörəyə tələbatının bu qədər yüksək olduğu ölkədə bazara lazımi həcmdə məhsul çıxarmaq da asan məsələ deyil.

Xüsusilə də, Naxçıvan Muxtar Respublikası kimi blokada şəraitində olan ərazidə.

Məlumat üçün bildirək ki, muxtar respublikanın un məhsullarına olan tələbatının böyük qismi “Bərəkət Qida Məhsulları” MMC tərəfindən qarşılanır. Müəssisənin nəzdində fəaliyyət göstərən çörək zavodu hazırda blokada şəraitində qalan Naxçıvan əhalisini bu zəruri ərzaq məhsulu ilə təmin edir.

Müəssisə muxtar respublika əhalisinin işlə təminatında da önəmli rola sahibdir. İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə çörək sexi 3 növbəli iş rejimində fəaliyyət göstərir. Çalışanların sayı isə 300 nəfərə yaxındır. Müəssisənin istehsal gücü saatda 3000 çörək bişirməyə imkan verir.
Naxçıvanın yeganə çörək zavodundan fotoreportajı təqdim edirik:


















Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin