ABŞ-də bir gündə 2 atışma: Çox sayda yaralı var

09:38 - 23 Yanvar 2023

ABŞ-də bir gündə 2 atışma: Çox sayda yaralı var

ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərindəki gecə klubunda atışma nəticəsində 12 nəfər yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, iki müştəri qrupu arasında dava düşüb, bir neçə nəfər silah çıxarıb və atəş açmağa başlayıb.

12 yaralıdan üçü həyati təhlükəsi olan xəsarətlər alıb.

Polis atışmanı “məqsədli hücum” kimi qiymətləndirib.

Faktla bağlı araşdırma aparılır.

Həmin gün Luiziana ştatının Şrivport şəhərində də atışma olub. Polisin məlumatına görə, hadisə nəticəsində bir kişi, iki qadın və üç yaşlı uşaq xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az