Bakı metrosunda FACİƏ: Maşinist sükan arxasında öldü

09:15 - 23 Yanvar 2023

Bakı metrosunda FACİƏ: Maşinist sükan arxasında öldü

“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 22-si saat 03 QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında vəfat edib.

Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin