Bu tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

23:52 - 22 Yanvar 2023

Bu tarixdə İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək

Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının 26-cı iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, eləcə də İƏT-in Baş Katibi Xusrav Noziri iştirak edəcəkdir.

Qeyd edək ki, 2023-cü ildən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçir. Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası 11 yanvar 2023-cü ildə Tehranda keçirilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin