Bu ölkə Ukraynaya tanklar göndərdi

22:55 - 22 Yanvar 2023

Bu ölkə Ukraynaya tanklar göndərdi

Mərakeş Krallığı Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.

 

Manset.az xəbər verir ki, bu barədə “Menadefense” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 göndərib, onlardan bəzilərinin ölkənin Baş naziri Petr Fialanın tanklara imza qoyduğu zaman fotosu çəkilib.

Vurğulanır ki, Krallığın bir neçə modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999 və 2000-ci illərdə Belarusdan iki partiyada alınıb. Jurnalistlərin sözlərinə görə, Mərakeş 2022-ci ilin aprel ayının sonunda Ramşteyn sammiti zamanı bu tankların Ukraynaya təhvil verilməsinə razılıq verib.

Ehtimal olunur ki, Mərakeş Ukraynaya verilən T-72-lərin müqabilində “Abrams” tankları ala bilər.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin