NTD basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, bu, Brayson Robinsondur. Amerikalı basketbolçunun son klubu İspaniyanın “Zornotsa” komandası olub. 24 yaşlı oyunçu mövsümün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, NTD hazırda Azərbaycan Yüksək Liqasında birinci yerdə gedir. //Bizim.Media