Bu iki ölkə vahid valyuta yaradacaq

20:32 - 22 Yanvar 2023

Bu iki ölkə  vahid valyuta yaradacaq

Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, bu qərar dünyanın ikinci ən böyük valyuta blokunun yaradılmasına gətirib çıxara bilər. Braziliya valyutanın "sur" adlandırılmasını təklif edir. Əsas məqsəd regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır.

Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin