<

Rusiyalı tanınmış tennisçidən Qarabağla bağlı növbəti həyasızlıq - FOTO

17:39 - 22 Yanvar 2023

Rusiyalı tanınmış tennisçidən Qarabağla bağlı növbəti həyasızlıq - FOTO

Rusiyalı tennisçi Karen Xaçanov növbəti dəfə Qarabağ separatçılarına dəstək verib.

 

Manset.az Musavat.com-a istinadən bildirir ki, Xaçanov Avstraliya Açıq çempionatında 1/4 finala yüksəldikdən sonra çəkiliş aparan kameranın ön şüşəsinə belə yazıb: “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol!!!”

Göründüyü kimi, rusiyalı erməni tennisçi ikinci dəfədir beynəlxalq yarışda Azərbaycanı blokadada ittiham edir və sərsəm çağırış yayır. Azərbaycanın müvafiq qurumlarının faktla bağlı beynəlxalq qurumlara müraciət etməsini erməni mediası da tirajlayıb.

Hələlik beynəlxalq səviyyədə reaksiyanın olmaması isə erməni tennisçinin daha da həyasız mövqedən çıxış etməsini stimullaşdırır.



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin