Gənc oğlan başqa kişilərlə gəzən bacısını öldürdü, arvadı ilə... - Azərbaycanda ŞOK

16:41 - 22 Yanvar 2023

Gənc oğlan başqa kişilərlə gəzən bacısını öldürdü, arvadı ilə... - Azərbaycanda ŞOK

Daşkəsən rayonunda 2000-ci il təvəllüdlü Elmar qısqanclıq zəminində bacısı Lətifəni (adlar şərti verilib - red.) qətlə yetirib.

 

Manset.az “teleqraf.com”a istinadən xəbər verir ki, Elmar nənəsi Sevilin evinin həyətində bir neçə il əvvəl ərindən boşanmış, bir azyaşlı uşağı ilə yaşayan bacısı Lətifənin başqa şəxslə münasibətindən xəbər tutub. Bu səbəbdən bacısını bıçaqlayaraq öldürüb.

Bundan başqa, məlum olub ki, Elmar özündən dörd yaş kiçik, on altı yaşına çatmamış İradə ilə qeyri-rəsmi ailə münasibətinə girib. İradə 13 avqust 2020-ci ildə dünyaya uşaq gətirib.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, böyük bacısı Lətifə 2012-ci ildə bibisi oğlu Mahirlə ailə qurub: "Bir müddət sonra o, əri Mahirlə tənha yaşayan nənəm Sevilin evinə köçərək onunla qalmağa başladılar. Onların birgə nikahından 2013-cü ildə Vaqif adlı bir uşaqları doğuldu. Sonradan aralarında olan narazılıq səbəbindən ayrıldılar.

Bacım azyaşlı övladı ilə nənənin yanında yaşamağa davam etdi. Bacımla aramızda gediş-gəliş olmaqla münasibətlərimiz normal idi. Lakin bəzi vaxtlarda Lətifənin hərəkətlərindən xoşum gəlmirdi.O, heç kimi saymadan sərbəst hərəkət edir, heç kimə demədən istədiyi yerə gedib-gəlir, istifadəsində olan mobil telefon vasitəsilə daim kiminləsə danışırdı. Bu barədə bir neçə dəfə atam ona irad da bildirmişdi".

Təqsirləndirilən şəxs qeud edib ki, nənəsi isə atasını danlayıb və Lətifəyə heç nə deməməyi tapşırıb: "Bu səbəbdən Lətifə ilə münasibətlərimiz pozuldu. Lətifə nənəmlə birlikdə yaşayır, ona baxırdı. Həmçinin nənəmin 3 baş iri buynuzlu mal-qarasını da o saxlayırdı".

Elmar deyib ki, kənddə gəzən söz-söhbətlərdən nənəsinin təsərrüfatında olan mal-qaranın satıldığını eşidib: "Xəbəri atama da dedim. Həmin gün atam zəng edərək bacımın nənəmin evində yaşadığı oğlanla qaçıb getdiyini və onları tutmaq üçün arxalarınca düşüb təqib etdiyini dedi. Məndən də onları tutmağa köməklik istədi.

Lətifənin qaçdığı istiqamətə gedərək hündür bir yerə çıxdım. Onları müşahidə etdim, hansı istiqamətdə qaçdıqlarını gördüm və bu barədə atama dedim. Atam Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək şikayət elədi. Daşkəsən rayon polis şöbəsinin əməkdaşı Lətifəgili polis şöbəsinə apardı. Araşdırma aparıldı, mən də polis şöbəsinə getdim. Orada bacımın gizli sevgi münasibətlərində olduğu, adını sonradan bildiyim Rasim adlı Şəmkir rayon sakinini gördüm".

Elmarın ifadəsinə görə, həmin gün bacısı Lətifə Rasimlə birlikdə Gəncə şəhərinə gedib: "Onların Gəncə şəhərində hansı ünvanda yaşamaları ilə maraqlanmadım. Bir neçə gün sonra Rasim atamın mobil telefonuna zəng etdi. Lətifənin ondan onu döyməsi barədə polisə şikayət etdiyini dedi. Atam isə onların aralarında olan məsələlərə qarışmadığını dedi, anası Sevilə məxsus heyvanların pullarını istədi".

Elmar deyib ki, bacısı Lətifənin kəndə qayıtması xəbərini eşidib və atasına məlumat verib: "Lakin bacımı həmin gün görmədim. Ertəsi gün gündəlik ev işləri ilə məşğul oldum. Axşam saatlarında bir qədər spirtli içki içdim. Saat 21 radələrində isə mal-qaranı gətirməyə getdim. Nənəm Sevilin evinin yaxınlığından keçəndə mal-qaranı onun həyətində gördüm. Həyətə daxil olanda tövlənin qarşısında bacım dayanıb mobil telefonda kiminləsə danışırdı.

Ona yaxınlaşıb kiminlə danışdığını soruşdum, telefonu ondan istədim. Bacım hər kimlə danışmasının heç kimə aidiyyəti olmadığını dedi, telefonu verməkdən imtina etdi. Telefonu ondan zorla almağa cəhd etdim. Lətifə sağ qolumu dırnağı ilə cızdı, paltarımdan tutaraq geri itələdi. Ondan təkrar telefonu almaq istədim. Dırnaqları ilə boğazıma xəsarət yetirdi. Əsəbləşdim, yaxınlıqdakı ağac parçasını götürdüm və telefonu onun əlindən salmaq üçün sağ əlinə vurmaq istədim.

Lətifə əlini aşağı saldığından ağac zərbəsi onun boğaz nahiyəsini tutdu. Zərbənin təsirindən yerə yıxıldı. Onun ölüb-ölmədiyini bilmədim. Yaxınlıqda heç kim yox idi. Nənəm və Lətifənin azyaşlı oğlu evdə idilər".

Təqsirləndirilən şəxs qeyd edib ki, Lətifənin oğlu həyətə çıxanda anasını qan içərisində görüb və qorxmasın deyə bacısı oğlunu evlərinə aparıb: "Atama bacımla dalaşdığımı, onu vurduğumu dedim. Atam dərhal hadisə yerinə getdi. Lətifənin öldüyünü bildik. "102" xidmətinə zəng edərək bu barədə məlumat verdik".

Elmar qeyd edib ki, qonşuluqda yaşayan İradə ilə aralarında sevgi münasibətləri olub: "Bir-birimizi sevirdik. Lakin valideynlərim ailə qurmağımıza razı olmadığından onları elçiliyə göndərə bilmədim. Heç kimə demədən ailə qurmaq qərarına gəldik. Həmin ərəfələrdə İradəni atası öz qardaşı oğluna nişanlamaq istəyirdi. İradə isə atasına məni sevdiyini demişdi.

Ailə qurmaq məqsədilə İradəni evimizə apardım. Evləndikdən sonra ilk dəfə cinsi əlaqədə olduq. Həmin vaxtdan ailə kimi yaşamağa başadıq və onunla mütəmadi cinsi əlaqədə olmuşuq. Onun 16 yaşına çatmadığını ailə qurandan sonra bilmişəm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin