Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

15:56 - 22 Yanvar 2023

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 120 760 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 145 tank, 6 268 zirehli maşın, 2 1344 artilleriya sistemi, 445 reaktiv yaylım atəşi sistemi, 220 hava hücumundan müdafiə sistemi, 287 təyyarə, 277 helikopter, 1 892 PUA, 749 qanadlı raket, 17 gəmi/qayıq, 4 932 avtomobil texnikası və avtosistern, 193 xüsusi texnikadan ibarətdir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin