<

Suriyada yaşayış binası uçdu: Ölənlər var

14:24 - 22 Yanvar 2023

Suriyada yaşayış binası uçdu: Ölənlər var

Suriyanın Hələb şəhərində beşmərtəbəli yaşayış binası çöküb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Şeyx Maqsud rayonunda yerləşən yaşayış binasının çökməsi nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında 1 azyaşlı da var.

Bildirilib ki, binada 30 nəfər yaşayırmış.

Xilasedicilər sağ qalanları dağıntılar altından çıxarmağa çalışırlar.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin