<

Tofiq Yaqublu azadlığa buraxıldı

10:50 - 22 Yanvar 2023

Tofiq Yaqublu azadlığa buraxıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbs müddəti başa çatıb və o, bu gün azadlığa buraxılıb.

 

Manset.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

O əlavə edib ki, atası xəstəxanadan çıxıb və evə doğru gəlir.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin