<

Türkiyə xüsusi xidmət orqanları İŞİD-in “təhlükəsizlik xidmətinin” başçısını yaxaladı

23:47 - 21 Yanvar 2023

Türkiyə xüsusi xidmət orqanları İŞİD-in “təhlükəsizlik xidmətinin” başçısını yaxaladı

Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb

Bildirilib ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib.

Agentliyin məlumatına görə, saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb. Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilmir.

Məhkəmənin qərarı ilə o, həbs edilib.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin