Şamaxı sakini ov tüfəngi ilə özünə qəsd etdi

19:38 - 21 Yanvar 2023

Şamaxı sakini ov tüfəngi ilə özünə qəsd etdi

Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1979-cu il təvəllüdlü Eyyubov Hünər Ramiz oğlu ov tüfəngindən atəş açaraq özünə qəsd edib.

 

Manset.az ”Report”a xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cabani kəndində qeydə alınıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hünər Eyyubovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin