<

Azərbaycan əhalisinin gəlirləri 68 milyard manatı ötdü

17:25 - 21 Yanvar 2023

Azərbaycan əhalisinin gəlirləri 68 milyard manatı ötdü

2022-ci il ərzində Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb.

 

Bu barədə Manset.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 61 milyard 897,7 milyon manat təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan əhalisinin nominal pul gəlirləri 57 milyard 181,5 milyon manat təşkil etmişdi. 2021-ci ildə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 2,2% - 5 min 708 manata qədər artmışdı. Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 51 milyard 248,1 milyon manat qalmışdı.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin