Azərbaycan avtobus idxalını artırıb

17:06 - 21 Yanvar 2023

Azərbaycan  avtobus idxalını artırıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 50,9 milyon ABŞ dolları dəyərində 374 ədəd avtobus gətirilib.

 

Manset.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 75,6 % çoxdur.

Hesabat dövründə Türkiyədən 46,676 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 272 ədəd (+64 %), Koreya Respublikasından 2,128 milyon ABŞ dolları dəyərində 46 ədəd (1 ildən sonra tədarük bərpa edilib), Almaniyadan 1,113 milyon ABŞ dolları dəyərində (-9,6 %) 39 ədəd (+34,5 %), Çindən 925 min ABŞ dolları dəyərində (+8,3 dəfə) 15 ədəd (+3 dəfə), Fransadan 30,37 min ABŞ dolları dəyərində 1 ədəd (4 il 5 aydan sonra tədarük bərpa edilib) və Rusiyadan 11 min ABŞ dolları dəyərində (-97 %) 1 ədəd (-91 %) nəqliyyat vasitəsi alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycana idxal olunan (6 ölkədən) 266 avtobusun 79 %-i Türkiyənin payına düşüb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin