Azərbaycanda 15 otaqlı ev yandı

16:59 - 21 Yanvar 2023

Azərbaycanda 15 otaqlı ev yandı

Zaqatala rayonunda 15 otaqlı fərdi yaşayış evi yanıb.

 

Manset.az xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, 1957-cı il təvəllüdlü İbrahim Həsən oğlu İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət olan yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla baglı araşdırma aparılır. /Report


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin