<

Bakıda polisin təqib etdiyi avtomobil belə aşdı - ANBAAN VİDEO

16:40 - 21 Yanvar 2023

Bakıda polisin təqib etdiyi avtomobil belə aşdı - ANBAAN VİDEO

Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdən hadisənin Qaradağ rayonunda, Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi məlum olub.

"VAZ" markalı avtomobilin sürücüsü yol polisinin "saxla" əmrinə tabe olmayaraq hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb. Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin