Nazirlik əcnəbi tələbələrlə bağlı planlarını AÇIQLADI

16:10 - 21 Yanvar 2023

Nazirlik əcnəbi tələbələrlə bağlı planlarını AÇIQLADI

“Azərbaycanda əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq”.

 

Manset.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov bildirib.

“Universitetləri təşviq edirik ki, hər il əcnəbi tələbələrinin sayını artırsınlar. Son iki ilin nəticələrini müqayisə etsək, 20 faiz artım var. Növbəti illərin hər biri üçün 15-20 faiz artıma nail olmaq üçün universitetləri təşviq edəcəyik” – sektor müdiri qeyd edib.

Qeyd edək ki, Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin