Bayden təxliyyə müddəti ilə bağlı qərarını açıqladı

23:00 - 24 Avqust 2021

Bayden təxliyyə müddəti ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Co Bayden G7 ölkələrinin Əfqanıstanla bağlı iclasından sonra Avropa İttifaqı liderlərinin təxliyyə müddəti ilə bağlı gözləntilərinə cavabını açıqlayıb.

Manşet.az xəbər verir ki, Bayden Pentaqonun Əfqanıstandan hərbi təxliyyəni başa çatdırmaq və ABŞ ordusunu oradan avqustun 31 -dək çıxarmaq planına sadiq qalmaq tövsiyəsi ilə razılaşıb.

Amerika mediası Baydenin bu qərarından dönməyəcəyini yazır. Qeyd edək ki, bundan əvvəl “Taliban” da təxliyyə müddətinin 31 avqusta qədər olacağını, bundan sonra ölkədən çıxışa icazə verməyəcklərini açıqlamışdı.

G7 ölkələri liderləri isə toplantıdan sonra Baydenə müraciət edərək bu müddətin 31 avqustdan sonrakı müddətə uzadılmasını istəmişdi. Qafqazinfo


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin