<

9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələdi - Azərbaycanda şok OLAY

11:57 - 21 Yanvar 2023

9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələdi - Azərbaycanda şok OLAY

Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələyib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polkovnik-leytenantı Elşad Hacıyev bildirib:

"Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır".


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin