"Araz Naxçıvan" qrupu əsas mərhələyə vəsiqə qazandı

22:37 - 24 Avqust 2021

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

Manşet.az-ın məlumatına görə, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vururaq, əsas mərhələyə vəsiqə qazanıb. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.

Çempionlar Liqası

F qrupu, III tur

20:00. "Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin