<

Solmaz Şirvanlı vəfat ETDİ - FOTO

08:46 - 21 Yanvar 2023

Solmaz Şirvanlı vəfat ETDİ - FOTO

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri “Yeni Şirvan” qəzetində çap olunub.

Onun şeirləri “ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), “Sazlı-sözlü Borçalı” (2018-2020) və “Canım Azərbaycanım” (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.



Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin