Bu ölkədə Fransaya qarşı nümayiş keçirildi

08:38 - 21 Yanvar 2023

Bu ölkədə Fransaya qarşı nümayiş keçirildi

Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransanın ölkədəki hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirilib.

 

Manset.az-ın xəbərinə görə, bu barədə Röyters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, etiraz aksiyasında bir neçə yüz adam iştirak edib. Onlar Paris əleyhinə şüarlar səsləndirib, Fransa hərbi kontingentinin ölkədən çıxarılmasını tələb ediblər. Aksiyaçılar Fransa bayraqlarını yandırıb, bayraqla küçələri süpürüblər.

Aksiya dinc şəraitdə baş tutub, güc strukturları etirazçılara müdaxilə etməyib.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin