Bu qadın dünyanın ən yaşlı insanı oldu

08:30 - 21 Yanvar 2023

Bu qadın dünyanın ən yaşlı insanı oldu

“Ginnesin Rekordlar Kitabı” İspaniyadan olan 115 yaşlı qadının hazırda dünyanın ən yaşlı insanı olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, Kataloniyada yaşayan Mariya Brune Moreyranın 115 yaş yaşı var.

O, yanvarın 17-də 118 yaşında vəfat edən Fransa vətəndaşı Andre bacıdan (Lusil Randon – əsl adı) sonra yaşayan ən yaşlı insan və ən yaşlı qadın olub.

Morera 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub və 8 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçüb. O, son 22 il ərzində Santa Maria del Tura Qocalar Evində yaşayır və “Ginnesin Rekordlar Kitabı”nın məlumatına görə sağlamlığı yaxşıdır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin