Daha bir erməni idmançı təxribata əl atdı

22:50 - 20 Yanvar 2023

Daha bir erməni idmançı təxribata əl atdı

Henrix Mixitaryandan sonra daha bir erməni idmançısı təxribata əl atıb.

 

Manset.az msport.az-a istinadla xəbər verir ki, tennis üzrə "Australian Open" turnirində IV mərhələyə yüksələn Karen Xaçanov kameraya "Möhkəm dayan, Artsax" yazıb.

Bakıda anadan olmuş rusiyalı şərhçi Nobel Arustamyan isə ona təşəkkür edib: "Sağ ol, Karen".

Xatırladaq ki, bundan əvvəl "İnter"in futbolçusu Mxitaryan klubun rəsmi İnstaqram səhifəsinə müsahibəsində "haralısan" sualına cavabında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəkil çəkmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az