<

Türkiyənin Şuşada konsulluğu nə zaman açılacaq?

21:48 - 20 Yanvar 2023

Türkiyənin Şuşada konsulluğu nə zaman açılacaq?

"Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlamentdə müzakirələrdən keçməlidir və sonra hökumət yekun qərar verməlidir. Bu niyyət haqqında artıq bildirilib".

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Türkiyənin Şuşada Baş konsulluğu nə zaman açılacaq?" sualına cavab olaraq bildirib.

"Türkiyə ilə münasibətlərimiz elə səviyyədədir ki, tək Bakı, Gəncə və Naxçıvan yox, Azərbaycanın bütün bölgələrində Türkiyənin diplomatik nümayəndəliklərinin açılması təbii haldır", - səfir vurğulayıb.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin