Rusiya müdafiəni gücləndirir - Binaların damına S-400-lər yerləşdirir - FOTO

20:55 - 20 Yanvar 2023

Rusiya müdafiəni gücləndirir - Binaların damına S-400-lər yerləşdirir - FOTO

Rusiya paytaxt Moskvada mümkün raket və İHA hücumlarına qarşı Müdafiə Nazirliyinin və hərbi binaların damına S-400 və Pantsir hava hücumundan müdafiə sistemlərini yerləşdirməyə başlayıb.


 
Manset.az xəbər verir ki, ekspertlər Moskvanın bu addımının Ukraynanın son aylarda həyata keçirdiyi hava hücumlarının təkrarlanması ehtimalına qarşı atıldığını bildiriblər.
Qeyd edək ki, Kiyev ötən aylarda Rusiya sərhədinə yaxın ərazilərə hava hücumları təşkil etmişdi. Ekspertlər son tədbirlərin Rusiyanın yeni hava zərbələrindən narahat olduğunun göstəricisi olduğunu vurğulayıblar.

Qərb ölkələrinin son dövrdə Ukraynaya etdiyi milyardlarla dollarlıq silah yardımı Moskvada narahatlığa səbəb olsa da, Rusiya mətbuatı rəsmilərin Moskvanın hava hücumundan müdafiəsini gücləndirmək üçün müxtəlif addımlar atdığını yazıb.

Davud



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin