Ərdoğan Zelenski ilə DANIŞDI

19:52 - 20 Yanvar 2023

Ərdoğan Zelenski ilə DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinə dair baş verən hadisələr müzakirə olunub.

Ərdoğan Ukraynadakı faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olunmasına güclü diplomatik töhfə verməyə, vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin