<

Azərbaycan ordusunda 20 Yanvar tədbirləri - FOTO

18:42 - 20 Yanvar 2023

Azərbaycan ordusunda 20 Yanvar tədbirləri - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin də iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.

Mərasimlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, Ümummilli Lider Heydər Əliyev və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib. Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin