<

Depay “Barselona”nı tərk etdi

18:29 - 20 Yanvar 2023

Depay “Barselona”nı tərk etdi

“Barselona”nın niderlandlı hücumçusu Memfis Depay karyerasını “Atletiko”(Madrid) klubunda davam etdirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu Madrid klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Daha əvvəl Depayın transfer qiymətinin 4 milyon avroya çata biləcəyi bildirilirdi.

Qeyd edək ki, Memfis Depay cari mövsümdə “Barselona”nın heyətində iki matç keçirib və bir qol vurub.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin