<

Bu əraziləri də nəzarət altına aldıq – Rusiya AÇIQLADI

15:59 - 20 Yanvar 2023

Bu əraziləri də nəzarət altına aldıq – Rusiya AÇIQLADI

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynadakı müharibədə Rusiya hərbi birləşmələrinin hərəkətləri ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Konaşenkov Donetsk vilayətinin Bahmut şəhəri yaxınlığındakı Klesçeyevka və Zaporojye vilayətinin Lobkoye qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.

Rusiya ordusunun hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Kupyansk istiqamətindəki hücumlarda Ukrayna ordusundan 30-dan çox, Krasno-Limanski istiqamətində isə 40-dan çox əsgərin zərərsizləşdirildiyini bildirib.

Manşet.az

 


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin